Avropalıların yalnız 15 faizi alkoqolla xərçəng arasındakı əlaqəni bilir

…Avropa İttifaqında alkoqollu içkilərin tərkibində spirt istehlakının xərçəng riski ilə əlaqəli olduğu barədə xəbərdarlıq olmalıdır.

SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun bəyanatına istinadən “dpa” agentliyi bildirib.

Qeyd edilməlidir ki, bu tələb 14 ölkədə aparılan araşdırmanın nəticələrinə əsaslanır. Məlum olub ki, respondentlərin yalnız 15 faizi alkoqolun döş xərçənginə səbəb ola biləcəyini başa düşüb, 39 faizi isə onun kolon xərçəngi ilə əlaqəsini bilir. ÜST məlumatlarına görə, avropalıların dörddə üçü istehlakçı məlumatlarının məcburi olması təşəbbüsünü dəstəkləyir.

Bundan əvvəl, o da bildirilirdi ki, alkoqol hər il Avropada 800 min insanın ölümünə səbəb olur.

ÜST, xərçəng riskləri barədə xəbərdarlıq etmək üçün spirt şüşələrində standart etiketlərin tətbiqinə çağırıb. Bu bəyanat vətəndaşların alkoqolun fəsadları barədə maarifləndirilməsinin vacibliyini vurğulayır, çünki bir çox ölkələr alkoqolun zərərinin azaldılmasında əhəmiyyətli nəticələr əldə etməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə