...ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) mütəxəssisləri müəyyən ediblər ki, susuzlaşdırma – qan zərdabında natrium konsentrasiyasının 142 mmol/l-ə qədər artması – xroniki xəstəliklərin riskini 64 faiz artırır, həmçinin qocalmanı sürətləndirir.
SİA-nın məlumatına görə, araşdırmanın nəticələri “New Atlas”da dərc olunub.
Alimlər 15 min könüllünün iştirak etdiyi 25 illik müşahidələr nəticəsində bu qənaətə gəliblər.
Nəticələr laboratoriya qan testlərinin obyektiv məlumatlarına əsaslanır. Təcrübədə alimlər nəmlənmənin göstəricisi kimi qanda serum natriumunun səviyyəsindən istifadə ediblər. Sağlam insanlarda bu göstərici üçün norma 135 ilə 146 mmol/l arasında dəyişir.
Xroniki susuzlaşdırmanı göstərən yüksək dəyərlər bir sıra xəstəliklərin inkişaf riskinin yüksək olması ilə əlaqələndirilir.
Tədqiqatın nəticələri göstərib ki, serum natrium səviyyəsi 142 mmol/L-dən yuxarı olan könüllülər daha sürətli qocalır. Natrium konsentrasiyası 142 mmol/l-dən yuxarı olduqda sürətlənmiş qocalma riski 15, 144 mmol/l-də isə 50 faiz artıb. Bundan əlavə, 142 mmol/L-dən yuxarı natrium səviyyələri də xroniki xəstəliklərin (ürək çatışmazlığı, diabet və demans kimi) 64 faiz artması riski ilə əlaqələndirilib.
Maksimum natrium dəyərləri (144,5-146 mmol / l) vaxtından əvvəl ölüm ehtimalını 21 faiz artırıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə