"İnsanlar soyuq havada xəstəliklərə yoluxmamaq üçün nə etməlidirlər" - AİLƏ HƏKİMİ AÇIQLADI

"Xüsusi ilə son günlərdə hava şəraitinin dəyişməsi ilə əlaqədar insanları narahat edən mövzu respirator infeksiyaların, yuxarı tənəffüs yollarının infeksiyalarından şikayətlənirlər". Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, biz həkimlər əhaliyə məsləhət görə bilərik ki, özlərini necə qoruya bilərlər bu viruslardan. Təkcə respirator infeksiyalardan deil, digər xroniki infeksiyalardanda insanlar özlərini qoruması üçün əsas və vacib olan bədən müqavimətinin artırılmasıdır. "İlkin olaraq insan orqanizminin iminnun sisteminin gücləndirmək və qüvvətləndirməkdir. Çünki viruslarla ilk mübarizə aparan iminnun sistemi olur ki, bunun üçündə nə etmək lazımdır. Xüsusi risk qrupuna daxil olan insanlar daha həssaslıqla bu viruslara qarşı yanaşmalıdırlar. Bunlara aiddir uşaqlar, bildiyiniz kimi məktəb dövrüdür və valideynlər xüsusi ilə diqqət etməlidirlər, çünki ictimai yerdə uşaqlar daha çox vaxt keçirirlər və əhalinin daha çox olduğu yerlərdə virusların yayılması riski daha çoxdur. İlkin olaraq gigeynik şərtlərə əməl etmək lazımdır. Yəni əllərin tez-tez yuyulması lazımdır. Bunu isə insanlar artıq sağlam bir vərdişə çevirməlidirlər. Çünki siz bunu vərdişə çevirirsinizsə artıq bu sizin həyat tərzinə dönüşəcək. Əgər lazım gələrsə qoruyucu vasitələrdən, maskalardan istifadə etmək lazımdır. İctimai yerlərdə əgər hər hansısa bir xəstə insanlar varsaçalışın onlarla məsafə saxlamaq lazımdır. Qeyd etdiyim kimi xüsusi risk qrupuna daxil olan şəxslər bu məsləhətlərə daha çox əməl etməlidir. Bu sadaladıqlarım həmdə yaşlı insanlara da aiddir. Yaşlı insanlarda bədən müqavimətinin aşağı düşməsi ilə respirator virus infeksiyalarının yayılması eyni ilə uşaqlardakı kimi daha sürətli olur. Eyni zamanda hamilə olan xanımlarda bu şərtlərə əməl etməli və özlərinə diqqət etməlidir. İnsanlar daha çox sağlamlığının qeydinə qalmaq üçün vaksinasiya olunmalıdır. Çünki biz həkimlər xəstəlikdən ən güvənilir və effektiv yolu vaksinlərdə görürük. Mövsümi vaksinasyaları hər yaş qrupunun özlərinə aid cədvəli var. İnfulisiyaya qarşı vaksin olunmaqı məsləhət görürük və digər respirator viruslara qarşı vaksin olunmaqı biz insanlara məsləhət görürük. Eyni zamanda sağlamlıqlarının qeydinə qalmaq üçün sağlam və balanslaşdırılmış qidalardan istifadə etməlidirlər. Zərərli olan vərdişlərdən uzaq qalmalıdırlar. Fiziki aktivlikdən və idmanla məşqul olmaqı biz insanlara məsləhət görürük.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə