Həbsiz baş ağrısından necə qurtulmaq olar…

…Başınız ağrıyırsa və əlinizdə heç bir həb yoxdursa nə etməli.

SİA-nın məlumatına görə, həkim Aleksandr Şişonin xəstəliyin öhdəsindən necə gəlmək barədə danışıb.

Həkimin təklif etdiyi üsul akupressura əsaslanır. Bu üsul ənənəvi Çin təbabətində istifadə olunur. Baş ağrısından xilas olmaq üçün lazım olan tək şey ovucunuz, barmaqlarınız və vaxtınızın bir neçə dəqiqəsidir.

…Bu masaj insan orqanizmində xüsusi bir nöqtəni aktivləşdirir. Gərgin əzələləri rahatlamağa və qan dövranını yaxşılaşdırmağa kömək edir. Bu da baş ağrılarını azaldır.

Həkim belə deyir.

...He-gu nöqtəsi baş barmaq və şəhadət barmağının sümükləri arasında əlindəki üçbucağın mərkəzində yerləşir. Onu basmaq baş ağrılarını tez aradan qaldırır.

...Sağ və sol əllərdə 10 saniyə masaj etmək lazımdır. Bu, ağrı hiss etmək üçün kifayət qədər ciddi şəkildə edilməlidir,-deyə həkim izah edir.

Onun sözlərinə görə, müəyyən nöqtələrin masajı sinir uclarını stimullaşdırır. Bu, bədəni rahatlamağa və baş ağrılarından qurtulmağa kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə