Psixiatriya professoru diabet və siqaretin təhlükələrini açıqlayır

Hətta ürək və qan damarlarının pis vəziyyəti də Alzheimer xəstəliyinə səbəb ola bilər.

SİA-nın məlumatına görə, London Universitet Kollecindən qocalıq psixiatriyasının professoru Robert Hovard 65 yaşından əvvəl erkən demensiyanın inkişaf ehtimalını artıran ondan çox amili qeyd edib.

Bunlara genetik meyl, həyat tərzi və müəyyən xəstəliklər daxildir.

Hovard aşkar edib ki, DNT-nin dəyişdirilməsi çətin olsa da, bir çox başqa faktorlar düzəldilə bilər.

Məsələn, gənclərdə nəzarətsiz 2-ci tip şəkərli diabet və hipertoniya ürək-damar sisteminin zədələnməsinə gətirib çıxarır ki, bu da Alzheimer xəstəliyinin inkişafına səbəb ola bilər.

Professorun sözlərinə görə, gənclərdə siqaret, alkoqol, sosial təcrid, depressiya, eşitmə və ya görmə zəifliyi, yüksək xolesterin, piylənmə, oturaq həyat tərzi və hətta baş zədələri də beyin sağlamlığına mənfi təsir göstərir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə