Kardioloq 4 litr şərabı öldürücü doza adlandırıb...

...Bu arada rusiyalı kardioloq Yuliya Fadyuxina hətta az alkoqollu içkilərin də təhlükəsi barədə xəbərdarlıq edib.

Kardioloqun fikrincə, hətta az alkoqollu içkilər belə ölümcül təhlükə yarada bilər.

SİA-nın məlumatına görə, həkim bildirib ki, onlar çox miqdarda istehlak edilərsə, ölüm riski yüksəkdir. Belə ki, mütəxəssisin sözlərinə görə, pivənin öldürücü dozası təxminən 12 litrdir.

Şərab və şampan şərabına gəlincə, 4 litr spirtli içki qəbul etdikdən sonra ölümcül nəticə baş verə bilər.

...Daha güclü içkilər daha böyük təhlükə yaradır.

...Viskinin kritik dozası 1,2 litrdir; oxşar həcmdə rom və ya absinte də ölümcül ola bilər.

Həkim xəbərdarlıq edib.

Orta ölümcül dozadan danışsaq, bədən çəkisinin hər kiloqramı üçün 7-8 qram etanoldur.

Buna görə də, çəkisi 65 kq olan bir şəxs təxminən 500 ml təmiz spirt içərsə, ölümün baş vermə ehtimalı yüksəkdir. ...Buna görə də həkim alkoqoldan tamamilə imtina etməyi tövsiyə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə