...Gündəlik 50-100 saç tökülməsi normaldır, lakin saç tökülməsinin miqdarı bu rəqəmi keçərsə, səbəbini müəyyən etmək üçün həkimə müraciət etməlisiniz.
...Saç tökülməsinə səbəb ola biləcək amillər arasında şəkərli diabet, qalxanabənzər vəzin xəstəliyi, yumurtalıqların polikistik sindromu və lupus var.
SİA xəbər verir ki, bunu bu sahə üzrə mütəxxəsis bildirir.
Onun qeyd etdiyi kimi, xüsusilə yeniyetməlik dövründə hormonal dəyişikliklər saçın vəziyyətinə təsir göstərə bilər. Genetik meyli istisna etmək olmaz: əgər valideynlər saçla bağlı problemlər yaşayırdılarsa, onların uşaqları da oxşar problemlə üzləşə bilər.
Bununla belə, bəzi dərmanlar, o cümlədən antibiotiklər, kontraseptivlər, steroidlər və şiş əleyhinə dərmanlar da müvəqqəti saç tökülməsinə səbəb ola bilər.
Həkim gənclər arasında pis qidalanmanın səbəblərdən biri ola biləcəyini də vurğulayıb. Tez-tez pəhriz saxlamaq, fast food, şirniyyatlar və dəmir, sink və B vitaminləri kimi vacib vitamin eləcə də mineralların çatışmazlığı saç tökülməsinə səbəb ola bilər.
Yeniyetmələr arasında qidalanma pozuntuları da saç tökülməsinin səbəblərindən biridir.
Bundan əlavə, isti formalaşdırma vasitələrinin, sərt boyaların və kimyəvi maddələrin tez-tez istifadəsi və sıx saç düzümü saçlara zərər verə bilər, saç tökülməsinə səbəb ola bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə