...Daimi ağrıya dözmək təhlükəlidir, çünki reseptorların həssaslığını dəyişə bilər.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə nevroloq Maksim Pankov məlumat verib.
...Reseptorların ağrıya davamlı məruz qalması zaman keçdikcə onların həssaslığını dəyişir və onlar hətta dəriyə sadə bir toxunuşu da ağrılı hiss kimi qəbul etməyə başlaya bilirlər.
Ancaq dərmanların köməyi ilə xəstəliyin mənbəyi aradan qaldırılsa belə, narahatlıq hissi qalacaq. Ağrı bütün bədənə yayıla və vaxtaşırı güclənə bilər.
Nevroloq qeyd edib ki, narahatlığa dözmək cəhdi də narahatlıq, depressiya və konsentrasiya problemlərinə səbəb ola bilər.
Pankovun sözlərinə görə, ağrının ilk əlamətlərində dərhal həkimə müraciət etmək vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə