...Hollandiyada çöl quşları kütləvi şəkildə quş qripinə yoluxmağa başlayıb. Nəticədə quşların ölüm nisbəti kəskin şəkildə artıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nieuwe Oogst Hollandiya portalının məlumatına görə, ən çox xəstəliyə yoluxmuş quşlar Hollandiyanın şimalında yaşayan qazlar sürülərində aşkar edilib.
Bundan başqa, virus digər bölgələrə də yayılmağa başlayıb və təkcə quşları deyil, heyvanları da yoluxdurub.
Belə ki, yanvarın 11-də xarakterik əlamətlər göstərən tülküdə quş qripinə yoluxma halı qeydə alınıb.
Bu fonda Hollandiyanın Vəhşi Təbiət Sağlamlığı Mərkəzi hazırda xüsusi sayıqlığa ehtiyac olduğunu bildirib.
Bu arada, bir müddət əvvəl Ufadan olan həkim Qleb Qlebov quş qripinin insanlar üçün niyə təhlükəli olduğunu söyləmişdi.
Xatırladaq ki, xəstəlik Başqırdıstanın Ufa vilayətində və Rusiyanın bir sıra digər bölgələrində də aşkarlanıb. Mütəxəssisin sözlərinə görə, virus hava damcıları və ya xəstə quşların nəcisləri ilə ötürülür.
İnkubasiya dövrü 5 saatdan 6 günə qədər davam edir. İnfeksiya ağciyərlərin işinə təsir edir, bronxit, sinüzit və pnevmoniyaya səbəb olur.
Qlebovun sözlərinə görə, bu xəstəlikdən ölüm riski də yüksəkdir.
Belə ki, virusa yoluxan insanlar arasında artıq ölüm halları qeydə alınıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə