Alimlər vərəmə qarşı təsirli olan antibiotik yaradıblar...

Yeni antibiotik patogenlərin hüceyrə divarlarını parçalamaqdan məsul olan fermenti inhibə edərək işləyir.

SİA-nın məlumatına görə, dərman BTZ-043 adlanır.

O, patogenlərin hüceyrə divarlarını parçalamaqdan məsul olan fermenti inhibə edərək, vərəmə səbəb olan bakteriyalara qarşı xüsusilə təsirli olur.

Xəstələr üzərində aparılan bir araşdırma göstərdi ki, yeni nəsil dərman təkcə vərəmin müalicəsində kömək etmir, həm də xəstələr tərəfindən yaxşı tolere edilir.

Tədqiqat zamanı elm adamları hətta tətbiq olunma vaxtını, eləcə də digər dərmanlarla uyğunluğu nəzərə alaraq dərmanın optimal dozasını təyin edə bildilər.

Alimlər ümid edirlər ki, onların kəşfi bütün dünyada xəstəlik və ölümün aparıcı səbəblərindən biri olan vərəmlə mübarizəyə kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə