...17 il davam edən genişmiqyaslı araşdırma bir stəkan südün insan orqanizmini təhlükəli xəstəlikdən qoruya biləcəyini göstərdi.
SİA-nın məlumatına görə, Nature Communications jurnalında xəbər verilir ki, Oksford Universitetinin tədqiqatçıları 540 mindən çox qadının iştirak etdiyi araşdırmanın nəticələrini təqdim ediblər.
Mütəxəssislər müəyyən ediblər ki, gündə bir stəkan süd bağırsaq xərçənginə tutulma riskini 17 faiz azalda bilər. Bildirilir ki, “bu içkidən istifadə edən qadınlar xəstəlikdən daha az əziyyət çəkirmiş”.
Qeyri-südlü kalsium mənbələrinin də oxşar təsirə malik olduğu ifadə edilir.
Tədqiqatın aparıcı müəllifi və Oksford Universitetinin baş qidalanma epidemioloqu Keren Papier deyir ki, süd məhsulları kolorektal xərçəngin qarşısını almağa kömək edə bilər. Bu, əsasən onların tərkibində olan kalsiumla bağlıdır.
Mineral bağırsaqlarda safra turşuları və sərbəst yağ turşuları ilə bağlana bilir və istənilən effekti verir.
Ekspertlər hesab edir ki, işin nəticələri kişilər üçün də aktualdır. Əlavə etdilər ki, süd məhsullarına fərdi əks göstərişlər də nəzərə alınmalıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə