Ötən ay maşın vuran 77 yaşlı kişi bu gün xəstəxanada ölüb

Ötən ay maşın vuran 77 yaşlı kişi bu gün xəstəxanada ölüb

Bir ay əvvəl maşın vuran 77 yaşlı kişi bu gün xəstəxanada ölüb. SİA-nın məlumatına görə, hadisə 2024-cü il dekabrın 10-da Sumqayıt şəhərinin Azərbaycan prospektində baş verib.

Yolu keçmək istəyən piyada, 1948-ci il təvəllüdlü Cavanşir Mürvət oğlu Quliyevi avtomobil vurub.

O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə