Virusun pandemiyaya çevrilməsi təhlükəsi ilə bağlı çox az məlumat var

Viroloq Çin metapnevmovirusu üçün risk qruplarını adlandırır

...Yanvarın əvvəlində Çində metapnevmovirus epidemiyası qeydə alınıb; infeksiyalar Malayziya, Honq-Konq və Qazaxıstanda da müşahidə edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, guya hələ ki, vəziyyət nəzarətdə saxlanılır..?

...Amma Çində metapnevmovirusa yoluxma halları artmaqdadır.

Belə ki, yanvarın 2-də Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Agentliyi bildirib ki, ən çox yoluxma şimal əyalətlərdə, xüsusən də 14 və daha kiçik yaşlı yeniyetmələr arasında qeydə alınıb.

Dekabrın 23-dən 29-a qədər Çindəki xəstəxanalardan toplanan tənəffüs nümunələri qrip virusu, insan metapnevmovirusu və rinovirus üçün müsbət nəticə verib. Təsdiqlənmiş halların dəqiq sayı hələ məlum deyil.

Qeyd etdiyimiz kimi, Malayziya və Honq Konqda yoluxma halları qeydə alınıb.

Qazaxıstan Səhiyyə Nazirliyi epidemiya mövsümünün əvvəlindən indiyədək 30 metapnevmovirusa yoluxma halının müəyyən edildiyini açıqlayıb.

...Yeni iddialara görə, Çində metapnevmovirusa yoluxma hallarının artması ilə bağlı vəziyyət izlənilir və nəzarətdə saxlanılır.

Agentlik xəbərdarlıq edib ki, infeksiya burun axması, öskürək, qızdırma, tənəffüs çətinliyi və tənəffüs yolları xəstəliklərinə xas olan digər əlamətlərlə özünü göstərə bilər. Virus hava damcıları ilə ötürülür.

Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev “Parlament qəzeti”nə müsahibəsində metapnevmovirusun körpələr üçün təhlükəli olduğunu qeyd edib.

... Bir yaşa qədər uşaqlarda pnevmoniya ilə baş verə bilər. Bundan əlavə, xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlar risk altındadır.

Eyni zamanda, bu virus üçün simptomatik müalicədən başqa heç bir xüsusi müalicə yoxdur, yəni heç bir şey istifadə edilə bilməz.

Bu arada başqa bir rusiyalı həkim Aleksandr Butenko əlavə edib ki, virusun təhlükəsi və onun pandemiyaya çevrilməsi barədə düşünmək, onu müzakirə etmək hələ tezdir. Çünki virusun pandemiyaya çevrilməsi təhlükəsi ilə bağlı çox az məlumat var.

Bundan əlavə, xəstəliyin özü ətraflı öyrənilməmişdir.

...Butenko bəzi KİV-lərin bu virusun ölümcüllüyünün 30-43 faiz olması barədə məlumatlarını təkzib edib.

Ekspertin fikrincə, belə bir ölümcüllük prinsipcə mövcud deyil.

Çiçək xəstəliyinin yayılması zamanı ölüm nisbəti 10 faiz, meymun xəstəliyində - 3,4 faiz ola bilər.

COVID-19-dan ölüm nisbəti isə 5 faizi ötməyib.

Alim bu xəstəlik haqqında daha çox məlumat gözləməyə və panikaya düşməməyə çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə