...Rusiya şəkərli içkilərin həddindən artıq istehlakı nəticəsində yaranan şəkərli diabet xəstələrinin sayının artdığı ölkələr sırasındadır.
Tərkibində çox miqdarda şəkər olan içkilər diabetin səbəbi kimi müəyyən edilmişdir.
SİA-nın məlumatına görə, bu nəticəyə amerikalı və meksikalı tədqiqatçılar Qlobal Pəhriz Verilənlər Bazasının beynəlxalq əməkdaşlığı ilə 184 ölkənin məlumatlarını tədqiq edərək gəliblər.
Nature Medicine jurnalında dərc olunan materiala görə, 2020-ci ildə iki milyondan çox yeni tip 2 diabet hadisəsi və bir milyondan çox ürək-damar xəstəliklərinə şəkərli qazlı içkilər səbəb olduğu ortaya çıxıb.
Belə ki, araşdırmalara görə, Kolumbiyada bütün şəkərli diabet hallarının 48 faizi sodadan qaynaqlanır.
Rusiyada bu rəqəm daha aşağıdır.
Məlumatlara görə, son 30 ildə Rusiyanın hər 1 milyon yetkin əhalisinə şəkərli içkilərlə bağlı ürək və damar xəstəliklərinin yeni hallarının artması ildə təxminən 274 hadisə təşkil edib. Eyni zamanda alimlər xəbərdarlıq edirlər ki, şəkərli içkilərə olan məhəbbət şəkər xəstəliyindən əlavə, çəki artımına, insulin müqavimətinə, ürək xəstəliklərinə və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.
Eyni zamanda ən böyük mənfi təsiri gənclər və kişilər hiss edə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə