...Saunaya getmədən əvvəl spirt içməməlisiniz.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu cür müəssisələrə getməyin sağlamlığınıza mənfi təsir göstərməməsi üçün həddindən artıq yeməkdən və spirtli içkilər içməkdən çəkinməlisiniz.
Alkoqol əvəzinə suya, meyvə içkilərinə və ya çaya üstünlük vermək daha yaxşıdır.
Saunalar bəzi insanlar üçün təhlükəli ola bilər. Xüsusilə, xroniki xəstəliklərin kəskinləşməsini yaşayanlar, həmçinin hipertoniya və ya ürək və böyrək çatışmazlığı əlamətləri olan vətəndaşlar üçün.
Bundan əlavə, üç yaşdan kiçik uşaqlar hamamda olmamalıdır, çünki uşaqlar yüksək temperatura daha az dözürlər.
...Bundan əlavə saunalarda bilyard masaları kimi parça ilə örtülmüş mebellərdən istifadə etməməyi tövsiyə edilir. Yüksək rütubət və temperatur zərərli mikroorqanizmlərin çoxalmasına kömək edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə