...Alimlər siqaret çəkmə vərdişləri və ölüm halları ilə bağlı son məlumatları təhlil ediblər. Siqaret çəkmək, çəkməyənlərlə müqayisədə bir insanın ömrünü təxminən 10-11 il qısalda bilər.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, London Universitet Kollecinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, çəkilən hər siqaret ömrünüzü təxminən 20 dəqiqə qısaldır.
2000-ci ildə həyata keçirilən işin yenilənmiş versiyası göstərir ki, tütünün təsiri əvvəllər düşünüldüyündən də əhəmiyyətlidir. Alimlər siqaret çəkmə vərdişləri və ölüm halları ilə bağlı son məlumatları təhlil ediblər.
Onlar müəyyən ediblər ki, siqaret çəkməyənlər ilə müqayisədə siqaret bir insanın ömrünü təxminən 10-11 il qısalda bilər.
Çəkilən hər siqaret üçün orta hesabla 20 dəqiqə vaxt itirilir - kişilər üçün 17 dəqiqə, qadınlar üçün isə 22 dəqiqə.
Eyni zamanda, hər yaşda siqareti buraxmaq sağlamlığa fayda gətirir, lakin bunu nə qədər tez etsəniz, bir o qədər yaxşıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə