Şirniyyatı dişlərinizə zərər vermədən necə yemək olar?

...Dişlərinizi sağlam saxlamaq üçün şirniyyatları pəhrizinizdən xaric etmək qətiyyən lazım deyil.

...Yeməkdən sonra şirniyyat yeyə bilərsiniz.

SİA-nın məlumatına görə, bunu ekspert deyir.

Məsələ bundadır ki, tüpürcəyin özü ağız boşluğunda toxuma bərpa edən qələvi bir mühitə malikdir. Amma tez-tez şirniyyat istehlakı tüpürcəyin oksidləşməsinə gətirib çıxarır ki, bu da əksinə həm dişləri, həm də diş ətlərini korlayır.

Şirniyyatdan sonra ağzınızı yaxalamaq, ən yaxşısı isə dişlərinizi fırçalamaq məsləhətdir. Bu, həmişə mümkün deyil, buna görə də, məsələn, uşaqlara şəkərsiz, tərkibində dadlandırıcı olan saqqız verilə bilər. Bu zaman saqqız ağızda 15 dəqiqəyə qədər qalmalıdır, bundan çox olmamalıdır.

Ekspertin fikrincə, şəkərli içkilər “diş öldürücüdür”.

Zərərli təsirlərin qarşısını almağın yeganə yolu nazik turba ilə soda içmək və istehlakı məhdudlaşdırmaqdır.

...Deməli şirniyyat istəsəniz, şirniyyat, konfet və ya digər yapışqan yeməklər yemək tövsiyə edilmir.

Bunun yerinə şokolad ola bilər. Çünki onun tərkibində mina divarlarını gücləndirən teobromin var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə