...Barselona Universiteti və Barselona Klinik Xəstəxanasının alimləri müəyyən ediblər ki, əgər Aralıq dənizi pəhrizinə əməl etsəniz, qırmızı şərab ürək-damar xəstəlikləri riskini azalda bilər - bitki qidaları, balıq və qoz-fındıqların xeyrinə fast food və şirniyyatlardan imtina edin...
SİA-nın məlumatına görə, araşdırmanın nəticələri “European Heart Journal”da (EHJ) dərc edilib. Tədqiqatda ürək-damar xəstəliyi (CVD) olmayan və təcrübənin başlanğıcında tip 2 diabeti olan 1232 könüllü iştirak etdi.
Yüksək qan təzyiqi, artıq çəki və CVD-yə irsi meylli şəxslərdən alınan məlumatlar da nəzərə alınıb. Bütün iştirakçılar zeytun yağı, tərəvəz, meyvə, qoz-fındıq və balıq istehlakını nəzərdə tutan Aralıq dənizi pəhrizinə riayət etdilər.
Şərab istehlakını qiymətləndirmək üçün iştirakçılar müntəzəm sidik testlərindən keçirdilər, çünki üzümdə və şərabda olan tartarik turşusu böyrəklər tərəfindən süzülür.
Təxminən dörd-beş il davam edən təqib zamanı infarkt və insult kimi 685 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb.
Nəticələr göstərdi ki, ürək-damar xəstəliklərinə tutulma riski gündə yarımdan bir stəkan şərab istehlak edənlərdə, çox nadir hallarda və ya heç içməyənlərlə müqayisədə 50 faiz aşağıdır. Orta dərəcədə spirt istehlakı (həftədə bir içkiyə qədər və ya gündə yarım içkidən az) riski 38 faiz azaldır.
Ancaq gündə bir stəkandan çox içənlərdə faydalı təsir itib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə