Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb. SİA xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb bölgəsində pilot layihənin icrasına başlanılacaq:
"Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı gələn ilin yanvar ayından yeni layihə reallaşdırılacaq".
Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı reginonlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:
"Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələri əldə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə