Qlobal psixi sağlamlıq problemləri pandemiya həddinə çatıb

...Bütün dünyada psixi sağlamlıq problemləri pandemiya həddinə çatıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, “Financial Times” bu mövzu ilə bağlı çoxsaylı araşdırmalara əsaslanaraq bu qənaətə gəlib.

Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, hər il dünyada depressiya və narahatlıq səbəbindən 12 milyard iş günü itirilir.

Bundan qlobal iqtisadiyyata dəyən zərər bir trilyon dollar qiymətləndirilir.

Qeyd olunur ki, COVID-19 pandemiyası insanların psixi sağlamlığına mənfi təsir göstərib.

2020-2021-ci illərdə dünyada 25 faiz daha çox depressiya halları qeydə alınıb və bu göstəricilər hələ 2019-cu ilin səviyyəsinə qayıtmayıb.

Psixi sağlamlıq problemləri maliyyə və sığorta sahəsində çalışanlar arasında xüsusilə kəskindir.

Bu fonda dünya üzrə şirkətlər işçilərinin psixi sağlamlığına daha çox sərmayə qoymağa və onlarla bu mövzuda açıq danışmağa çağırılıb. Bu mövzuda aparılan araşdırmalar göstərib ki, bu problem susdurulmayan yerdə işçilər dəstək hiss edir, daha səmərəli işləyir və işdən çıxmırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə