"Ağır mütallar və uşaq sağlamlığı” - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə 12-14 dekabr 2024-cü il tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində III Milli Pediatriya Konqresi keçirilib. III Milli Pediatriya Konqresində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Uşaq və Ətraf mühit amilləri” panelində "Ağır metallar və uşaq sağlamlığı” mövzusunda maraqlı məruzə ilə çıxış edib. SİA xəbər verir ki, dr.İsmayıl Əfəndiyev uşaqların sağlamlığına təsir edən ağır metalların mənbələrindən biri kimi civədən nümunələr çəkib. Həmçinin, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev, pediatrlar Dr.Fərəh Vahabova və Dr.Nigar Mirzəyeva iştirak ediblər.

Qeyd edək ki, pediatriya sahəsindəki müasir çağırışlar və uşaq sağlamlığının qorunması məsələləri üzərində aparılan bu əhəmiyyətli müzakirələr, həmçinin səhiyyə sistemindəki yeniliklərin tətbiqi və uşaqların sağlamlığını qorumağa yönəlmiş fəaliyyətlər konqresin əsas nəticələrindən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə