Rusiyada xərçəng peyvəndi pulsuz olacaq...

Rusiya alimləri hər bir xəstə üçün fərdi olaraq seçiləcək xərçəng peyvəndi yaratmağa nail olublar.

...Və SİA-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi dərmanın pulsuz olacağını açıqlayıb.

Deməli, Rusiyalı alimlər xərçəngə qarşı ilk mRNT peyvəndi olan Enteromix yaradıblar.

Həkim Aleksandr Gintsburqun daha əvvəl dediyi kimi, peyvənddən istifadə etdikdən sonra xəstədə həm şişin özü, həm də metastazlar yox olacaq.

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru Andrey Kaprinin qeyd etdiyi kimi, peyvənd xəstələr üçün pulsuz olacaq. Dövlət xəzinəsindən ödəniləcək.

TASS xəbər verir ki, ilkin olaraq dərmanın qiyməti 300 min rubl təşkil edəcək.

Peyvənd Pfizer və Moderna şirkətlərinin COVID-19 vaksinlərinə bənzər mRNA texnologiyasına əsaslanır. Bu texnologiyanın üstünlüyü immunitet sisteminə sağlam və xərçəng hüceyrələrini ayırmağa kömək edən hüceyrələrdə hədəf antigenin böyük konsentrasiyalarını yaratmaq qabiliyyətidir.

Dərman xərçəng xəstələri üçün fərdi terapiya zamanı əzələdaxili və ya birbaşa şişə yeridiləcək. Xatırladaq ki, dərman artıq siçanlar üzərində preklinik sınaqlardan keçib. Dərman xəstənin genomuna və xərçəngin spesifik növünə əsaslanaraq hazırlanacağı üçün kütləvi sınaq olmayacaq.

Xərçəng xəstəliyindən əziyyət çəkən insanların iştirakı ilə klinik sınaqların 2025-ci ilin ortalarına qədər başlaması planlaşdırılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə