Səhiyyə Nazirliyi Füzuli şəhərində ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı səyyar tibbi müayinələr təşkil edib. SİA-nın məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti Füzuli şəhərində sakinlər üçün tibbi xidmətlər göstərib.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində nazirlik işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə