Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov 12-13 dekabr 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Grand Hyatt Dubai Sərgi Mərkəzində keçirilən “Qlobal Süni İntellekt Şousu”nda iştirak ediblər. SİA xəbər verir ki, 3000-dən çox iştirakçını qəbul edən bu böyük qlobal tədbir süni intellekt sahəsində dünyanın aparıcı top-menecerlərini, tədqiqatçılarını və mütəxəssislərini bir araya gətirib.
100-dən çox mütəxəssis panel müzakirələrində və ekspert sessiyalarında süni intellektin inkişafı barəsində öz fikirlərini paylaşıb, həmçinin 90-dan artıq məruzə ilə çıxışlar edilib. Sessiyaların əsas mövzularından biri də süni intellektin tibb və səhiyyə sahəsində tətbiqi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə