Qan şəkərinin səviyyəsini yaxşılaşdırmaq üçün beş ən yaxşı içki...

Bir çox içkilər qanda qlükoza səviyyəsinə təsir edə bilən gizli şəkər və karbohidratları ehtiva edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə eatingwell.com yazır.

Diyetoloqlar qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq üçün ən yaxşı beş şəkərsiz içkinin adını açıqlayıblar:

Seltzer suyu (süni qazlı su). Diyetisyen Barbara Ruxs qeyd edib ki, bu, onun ilk tövsiyəsidir. Seçimlərin əksəriyyəti sadəcə qazlı su və təbii ətirdir. Əlavə şəkər, kalori və ya karbohidrat ehtiva etmir, bu da onları qan şəkəri balansını qorumaq üçün ideal edir.

Çay. Diyetisyen Marie Spano izah edir ki, çay qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edən hormon olan insulinin aktivliyini artıra bilər. Tədqiqatlar göstərib ki, qara, yaşıl və oolong çayları antioksidanlar, bioaktiv birləşmələr sayəsində insulinin aktivliyini artıra bilir.

Qəhvə. Tədqiqatlar müntəzəm qəhvə istehlakı ilə 2-ci tip diabetin inkişaf riskinin azalması arasında əlaqə tapıb. Qəhvə qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edən xlorogen turşusu kimi faydalı bitki birləşmələrini ehtiva edir. Diyetisyen Amu Davis, ləzzəti artırmaq üçün qəhvəsinə darçın əlavə edir. Araşdırmalar göstərir ki, darçın qan şəkərinin səviyyəsinə müsbət təsir göstərə bilər.

Süd. Karbohidratlar, zülallar və yağların birləşməsi ilə qan şəkərinin səviyyəsini daha yaxşı saxlaya bilir. Spano deyir ki, tam süd qan şəkərinin sabitliyi üçün xüsusilə faydalıdır, çünki tərkibindəki yağ və zülal şəkərin udulmasını yavaşlatır.

Dəmlənmiş su. Suyu demək olar ki, hər şeylə dəmləyə bilərsiniz. Bunun üçün təzə və ya dondurulmuş meyvələri sınayın. Bura qovun parçaları, limon, portağal, qreypfrut kimi sitrus dilimləri və ya nanə, reyhan, kəklikotu kimi otlar daxildir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə