Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vətəndaşları qəbul edib. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Daha sonra digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə