Evə qayıtdı və mətbəxdə ayı ilə qarşılaşdı - VİDEO

ABŞ-ın Sierra şəhərindən olan bir adam evə qayıdanda mətbəxdə "fast food" şəbəkəsindən sifariş verdiyi toyuğu yeyən ayı ilə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Con Holden bildirib ki, evə çatanda qapısı açıq olub və içəri girəndə ayının mətbəx piştaxtasında qabdakı toyuğu yediyini görüb. Evin həyətində də ən az bir ayının olduğunu bildirən Holden, ayıların yüksək səslər çıxararaq çıxıb getdiyini bildirib. Daha əvvəl dəfələrlə ayı ilə qarşılaşdığını ifadə edən Holden, “Onlarla əvvəllər də çox qarşılaşmışdım. Əslində bir neçə dəfə evin bağçasında rastlaşdım, amma həyatımda belə bir hadisə ilə heç vaxt rastlaşmamışdım, onlara bu qədər yaxın olmamışdım” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə