Yolu keçmək istəyən 55 yaşlı şəxsi maşın vurdu - piyada hadisə yerində öldü

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. 1964 cü il təvəllüdlü Telman Şıxməmmədov hadisə yerində dünyasını dəyişib.

Hadisə baş verdiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumatlar əsasında hadisəyə səbəb kimi avtomobilin yüksək surətlə idarə edilməsi göstərilir.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə