Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrliyində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.
Bu barədə SİA-ya BDYPİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunub. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə. Rəsulov inzibati qaydada həbs edilib.
“BDYPİ bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir. Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır”, - deyə məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB