Yevlaxda 16 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Yevlaxda 16 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-nın Qərb bürosuna verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeys Yolçuyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə