Bakıda anbarda baş verən yanğın tam söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 6
Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Nəsimi rayonunda anbarda baş verən yanğın səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə