Bakıda marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb

Bakıda marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb. Bu barədə SİA-ya AYNA-dan məlumat verilib.

Bildirilib ki, aprelin 16-da səhər saatlarında "BMH" MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə