Su basmış yerlərdə 20 nəfər vətəndaş təxliyə olunub - FOTOLAR - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.

https://youtu.be/yfHSTmQcslE

Bütün xəbərlər Facebook səhifəmizdə