Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. SİA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü Ə.İsmayılova, 2010-cu il təvəllüdlü R.Cəfərli və 1999-cu il təvəllüdlü S.Pənəhova yüngül xəsarətlər alıblar və xəstəxanaya aparılıblar.

Xatırladaq ki, qəza minik avtomobili ilə 31 nömrəli xətt üzrə çalışan mikroavtobusun toqquşması nəticəsində qeydə alınıb. Qəzada mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə