Göygöldə gənc oğlan dəm qazından zəhərlənib

Göygöldə zəhərlənmə faktı qeydə alınıb. SİA-nın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Məlumata görə, 25 yaşlı H.İsmayılov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edilir ki, H.İsmayılov yaşadığı evin vanna otağında zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə