Bəzi yerlərə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.

Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə