Sumqayıt şəhəri, Həsən Ağa Salayev küçəsində "Opel Zafira" markalı avtomobil tamamilə yanaraq külə dönüb. SİA xəbər verir ki, ilkin ehtimala görə, yanğının səbəbi avtomobildə baş verən qısaqapanma olub.
Avtomobili idarə edən taksi sürücüsü müştərini düşürdükdən dərhal maşın alovlanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğın qısa müddət ərzində söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə