Naxçıvanda 39 yaşlı kişi intihar edib. SİA xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində baş verib. Burada kirayə yaşayan 1986-cı il təvəllüdlü Adəm Həziyev evdə intihar edib.
A.Həziyevin Naxçıvan Təmizlik İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə