Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musayev Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə