Cəbrayılda hərbçi minaya düşərək həlak olub

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. SİA-nın əldə etdiyi məlumata görə, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə