Ardıcıl ikinci il ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayında əhəmiyyətli artım qeydə alınıb. SİA bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir. ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, 2023-2024-cü tədris ili ərzində ABŞ-da 1130 azərbaycanlı təhsil alır. Bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir. Bu münasibətlə səfirlik Bulvar ərazisində yerləşən COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi tədbir təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə