Bakı Ali Neft Məktəbinin tələbəsi Qlobal İnnovasiyalar Forumunda iştirak edib - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Roman Tolstoşeyev Qlobal İnnovasiyalar Forumunda iştirak edib. Tələbə Bakı Ali Neft Məktəbi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən birgə keçirilən layihədəki uğurlu performansına görə ITU-dan dəvət alıb. “YOUTH LEADERSHIP DEEP DIVE: GCYLP Young Leadership Case Studies” sessiyasında moderatorluq edib. Bu barədə SİA-ya Bakı Ali Neft Məktəbi İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Qlobal İnnovasiya Forumu (GIF) BMT-nin qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının aparıcı tədbiridir və ölkələrin rəqəmsal innovasiyalara meyllərini və aktual ehtiyaclarını müzakirə edir. Forum Maltanın Valletta şəhərindəki Aralıq dənizi Konfrans Mərkəzində keçirilib. Tədbirdə Malta prezidenti, həmçinin Yaponiya, Hindistan, Sloveniya və Filippinin nazirləri iştirak ediblər.

Məqsəd bilik mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması, şəbəkələşmə və rəqəmsal innovasiya ekosistemlərinin inkişafını təşviq etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə