Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən korreksiyaedici pedaqoqlar üçün təlim keçirilib.
SİA-nın məlumatına görə, BŞTİ-dən bildirilib ki, “İnklüziv təhsilin prinsiplərinə müasir yanaşma” mövzusunda keçirilən təlimin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan korreksiyaedici pedaqoqların peşəkar inkişafına dəstək vermək, onları inklüziv təhsil sahəsində olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.
Təlim zamanı inklüziv təhsilin əsas prinsipləri, müasir metod və yanaşmalar, əlçatanlıq və fərdiləşdirilmiş tədris metodları, uşaqlarla effektiv ünsiyyət formaları haqqında geniş məlumat verilib. Həmçinin korreksiyaedici pedaqoqlara müxtəlif istiqamətli praktik tapşırıqlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə