ADPU-nun Quba filialında süni intellekt üzrə əhəmiyyətli təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında süni intellekt üzrə əhəmiyyətli təlim keçirilib. Təlim "eTwinningPlus" layihəsinin iştirakçısı, İKT bacarıqları üzrə təlimçi Musa İsmayılov və ADPU-nun Quba filialının Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev tərəfindən aparılıb.

Təlimdə iştirakçılara süni intellekt texnologiyalarının inkişaf istiqamətləri, onların təhsil sahəsində tətbiqi və müxtəlif sahələrdəki praktik əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, süni intellektin gələcəkdə karyera inkişafına təsiri və texnologiyanın yaradıcı imkanları müzakirə edilib. Tədbirə universitet tələbələri, müəllim heyəti və digər maraqlı tərəflər qatılmış və süni intellektin real tətbiq nümunələri ilə tanış olublar.

Təlimin sonunda iştirakçılar süni intellektlə bağlı əldə etdikləri bilikləri gündəlik həyat və peşəkar fəaliyyətlərində necə istifadə edə biləcəkləri barədə müzakirələr aparılıb və bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə