Hədəf STEAM Liseyi Nəsimi korpusunda görüş olub - FOTOLAR

Hədəf STEAM Liseyi Nəsimi korpusunda Qazaxıstan və Qırğızıstandan müəllim və təhsil nümayəndələri qonaq olublar. SİA xəbər verir ki, qonaqlar arasında Qırğızıstan Təhsil Nazirliyinin nümayəndəsi Toktomametov Almazbek Datkabekovich də iştirak edib.

Qonaqlar ingilis və rus bölmələrində keçirilən dərslərdə, həmçinin STEAM dərslərində iştirak edərək tədris metodologiyaları ilə yaxından tanış oldular. Qonaqlar öz tədris təcrübələrini və metodlarını müəllimlərlə paylaşıb və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin kitabxana, rus bölmələri üçün Azərbaycan dili (dövlət dili) fənninin dərslikləri ilə tanış oldular.
İngilis bölmələrinin "Collins" və "Oxford" kitabları haqqında məlumat verilib. Hədəf konsepti və "Dəyərlər" seti, "Dəyərlər" təqvimi, Şəmil Sadiqin "Машина сна", "Mən bir müəlliməm", "İnsan mühəndisi" kitabları hədiyyə olundu. Qonaqlara "Ayın kitabı" layihəsi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra lisey nümayəndələri qonaqlar ilə dəyirmi masa ətrafında toplaşaraq STEAM tədris yanaşması, xarici dil tədris metodikası (CLİL), beynəlxalq təhsil, əməkdaşlıq və gələcək planlar mövzusunda söhbətlər aparıblar.

Qeyd edək ki, Hədəf konseptində həm milli, həm bəşəri dəyərlərin tətbiqi qonaqların ciddi marağına səbəb olub.

Hədəf STEAM Liseyində yaradılmış Elmi İnteraktiv Muzey, linqafon otağı, "Dədə Qorqud" otağı barədə məlumatlar maraqla qarşılanıb.

Hədəf hədəfi böyük olanların liseyidir!

Bütün xəbərlər Facebook səhifəmizdə