Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub

Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub. Bu barədə SİA xəbər verir.

Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsində uğur qazanan namizədlərdən 6-sı Şərur rayon Muğancıq Mehrab, Babək rayon Yuxarı Buzqov, Ordubad rayon Nürgüt, Çənnəb, Culfa rayon Milax, Qazançı kənd tam orta məktəblərinə direktor vəzifəsinə təyinat alıblar.

Həmçinin Naxçıvan Qızlar Liseyində vakant olan direktor vəzifəsinə də təyinat olub.

Qeyd edək ki, noyabrın 16-da nazirliyin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 olan ümumtəhsil müəssisələrində vakant direktor vəzifəsi üzrə keçirilən test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə