Müəllimlərin rayon və kəndlərdə işləmək istəməmələrinin səbəbi nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Müəllimlərin rayonlarda və kəndlərdə işləmək istəməmələrinin bir neçə səbəbi ola bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, şəhər mərkəzləri ilə müqayisədə rayon kəndlərində yaşam, nəqliyyat, yol, infrastruktur şərtləri çox çətindir şəraitinə malikdir: "Bu da müəllimlər üçün sosial həyat şəraitləri ağır və çətin olduğundan kənd məktəblərində vakansiyalar bir neçə ildir qalmaqdadır.

Şəhər mərkəzlərində daha çox karyera inkişafı imkanları mövcuddur.

Təlimlər, layihələr, elmi tədbirlər, seminarlara qatılmaq şəhərlərdə daha asandır və bu da müəllimlər üçün şəhər mərkəzlərini karyera baxımından cəlbedici edir. Rayon kəndlərində bu imkanlar az ola bilir və ya ümumiyyətlə olmaya bilir.

Müəllimlərimiz üçün ailələri ilə birgə rayonlara və kəndlərə köçmək ailə həyatı və sosial münasibətlər baxımından çətinlik yaradır".

"Məktəblərdə avadanlıqlarının, tədris şəraitinin zəif olması müəllimləri rayona və ya kəndə getməyə həvəsləndirmir.

Yol, nəqliyyat, yaşayış yerləri, sosial həyatın yaxşılaşdırılması, o cümlədən maddi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müəllimləri rayon və kənd məktəblərində işləməyə sövq edə bilər. Həvəsləndirə bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə