Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Oktyabrın 19-a Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, DİM-dən bildirilib ki, iştirakçılar imtahanın başlanmasından bir saat əvvəl şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

Yaşı 15 və daha aşağı olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə