AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə yazıçının əsərlərindən və haqqında yazılmış kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli İlyas Əfəndiyevin sovet dövründə ideologiyadan kənarda duran ədəbiyyat yaratdığını söyləyib: “İlyas Əfəndiyev azsaylı yazıçılardan biridir ki, Kommunist partiyasının sıralarına daxil olmayıb. O, öz qəlbinin səsi ilə yazaraq hər zaman yaşayacaq əsərlər yaradıb. “Kənddən məktublar”dan başlayan bu böyük ədəbiyyat, Azərbaycan nəsrini zənginləşdirən yeni ədəbiyyatın yaranması ilə nəticələndi”.
“Sovet dövründə Azərbaycanda lirik-psixoloji nəsrin ən böyük ustadı İlyas Əfəndiyevdir” – deyən akademik İsa Həbibbəyli yazıçının “Söyüdlü arx”, “Bahar suları” kimi əsərlərindən başlanan bu üslubun inkişaf etdirilərək “Sarıköynəklə Valehin nağılı”na qədər davam etdiyini xatırladıb.
İlyas Əfəndiyevin lirik-psixoloji teatrın və dramaturgiyanın da yaradıcısı olduğunu vurğulayan akademik deyib: “İlyas Əfəndiyevin teatrı lirik-psixoloji üslubda olan, insanın iç dünyasını cəmiyyətə təqdim edən fərqli teatr idi. O, xüsusən 1960-1980-ci illərdəki əsərləri ilə Azərbaycan xalqının ideologiyadan kənar, amma milli ideallara, gerçək həyata yönəldilmiş bir ədəbiyyatı xalqa verməklə onun gələcək müstəqilliyinə hazırlaşmasına kömək edib. Xüsusən də “Natəvan” və “Xiyabani” pyeslərindəki azərbaycançılıq idealları İlyas Əfəndiyevin dövlət müstəqilliyi təfəkküründə yeni nəslin yetişməsində xidmətlərini aydın şəkildə ifadə edir. Onun əsərləri istər janrına və mövzusuna, istərsə də qəhrəmanlarına görə yeni olur. Həm sənətkarlıq, həm də mövzu və ideya cəhətdən bənzərsiz olan yazıçı daim öyrənilir. Dissertantlarımızdan birinə də İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiya mövzusu vermişik. Bu mövzu ədəbiyyatşünaslıq elmimizin vəzifələrindən biridir. Bu tədbir də İlyas Əfəndiyevə elmin yenidən qayıdışının ifadəsidir”, – deyə akademik İsa Həbibbəyli çıxışını yekunlaşdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli “İlyas Əfəndiyev yaradıcılığı Yaşar Qarayevin dəyərləndirmə müstəvisində”, filologiya elmləri doktoru Vaqif Yusifli “İlyas Əfəndiyevi xatırlayarkən” və filologiya elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin meyarları” mövzularında məruzələr ediblər.
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmatalıyev çıxışında bildirib ki, Qırğızıstanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Anar və Elçinin əsərləri tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılıb. O, öz ölkəsində alimlərin, tədqiqatçıların və tərcüməçilərin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini vurğulayıb. İlyas Əfəndiyevin üç romanının qırğız dilinə tərcümə olunaraq nəşr edildiyini və böyük maraqla qarşılandığını əlavə edib.
Daha sonra Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Dilarə Adilovanın “İlyas Əfəndiyevin romanlarında müasirlik” mövzusunda məruzəsi dinlənilib. Məruzəçinin fikrincə, yazıçının romanlarının mövzusunu nə konkret kəndə aid etmək olur, nə şəhərə: “Onun qəhrəmanları birmənalı şəkildə nə kəndlidir, nə şəhərli. “Söyüdlü arx” və “Dağlar arxasında üç dost” romanlarında müharibədən sonra böyük aqrar ölkənin ucqar kəndləri – Güney qışlaq, Quzey qışlaq və Qartallı dərə təsvir edilir, müasir kənd modeli, onun tərəqqisi problem kimi götürülür. Heç kim şəhərə köçməyi düşünmür, əksinə, şəhərlilər təyinatla rayona işləməyə gedirlər”.
Məruzəçi əlavə edib ki, İlyas Əfəndiyev cəmiyyətdəki və insan mənəviyyatındakı qüsur və eybəcərliklərə qarşı öz əsərləri vasitəsilə mübarizə aparırdı. İnsan haqlarının pozulması və tapdanılmasına, əxlaq pozuntusuna qarşı barışmaz mövqedə idi: “Bu mənada “Sarıköynəklə Valehin nağılı” yazıçının digər romanlarından fərqlənir. Əsər sosial, məişət və ictimai problemləri ilə 80-ci illərə aiddir. Burada gördüyümüz xoşbəxt cütlüklə ədibin başqa romanlarında qarşılaşmırıq. Romanda uşaqlıqdan bir-birini sevən iki gəncin çətin taleyi və saf məhəbbəti fonunda dövrün çatışmazlıqları, haqsızlıqları əks olunur. Romanın sərlövhəsinə çıxarılmış “nağıl” sözü təsadüfi xarakter daşımır. Bu, yazıçıya yeri gəldikcə hadisələri “nağıl”laşdırıb, qəhrəmanları düşdükləri mürəkkəb vəziyyətlərdən çıxarmağa imkan verir. Nağıl qəhrəmanları həmişə simvol kimi qəbul edilirlər; işıq-qaranlıq, xeyir-şər... Akademik İsa Həbibbəylinin sözlərilə desək, “İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının özünəməxsus nağılıdır”.
Ədibin ailə üzvləri adından çıxış edən Xalq yazıçısı Elçin bildirib ki, məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları İlyas Əfəndiyevin yaradıcılığı barədə sanballı söz deyiblər. Xalq yazıçısı atası haqqında danışaraq vurğulayıb ki, onun əsərləri bu gün heç bir dəyişikliyə məruz qalmadan oxuculara alın açıqlığı ilə təqdim olunur.
“Bu gün mütəxəssis sözü İlyas Əfəndiyev yaradıcılığına daha artıq qiymət verirsə, deməli, o, xoşbəxt yazıçıdır. İlyas Əfəndiyev öz yaradıcılığı ilə ideologiyaya yox, ədəbiyyata xidmət edib”, – deyə Xalq yazıçısı Elçin fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Sosial 11:25Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
İqtisadiyyat 11:24Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:01Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 10:30Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:29“Gömrük tarifi haqqında” Qanunda bir sıra dəyişikliklər nəzərdə tutulub
İqtisadiyyat 10:28AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib
İqtisadiyyat 10:25Ev təsərrüfatının elektron uçotu vergi öhdəliyi yaradacaq? - RƏY
İqtisadiyyat 09:15Avroliqada gecənin NƏTİCƏLƏRİ
İdman 04:06Xaçmazda "Jiquli"nin vurduğu piyada ölüb
Hadisə 00:23"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT
Dünya 26 Noyabr 23:19Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 26 Noyabr 23:03"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi
İdman 26 Noyabr 22:31AZAL-ın ötənilki qazancı açıqlandı - 1,2 milyard manat!
Sosial 26 Noyabr 22:19Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 26 Noyabr 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 26 Noyabr 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 26 Noyabr 21:27Psixoloq stressi daxili güc mənbəyinə necə çevirməyi izah etdi...
Sosial 26 Noyabr 21:05Keçmiş Buş müttəfiqi Ukraynanın NATO-ya qoşulmasına çağırdı...
Dünya 26 Noyabr 20:51Putinin ordusu gözümüzün qabağında əriyib yox olur...
Dünya 26 Noyabr 20:25Çinin Sakit okeandakı hərbi ambisiyaları fiaskoya çevrildi...
Dünya 26 Noyabr 20:06Atlantic Council: Dünya Ukraynanın necə super gücə çevrildiyini uyudu…
Dünya 26 Noyabr 19:48Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Dünya 26 Noyabr 19:43BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır...
Dünya 26 Noyabr 19:27Əməkçi miqrant kimi Rusiyaya gələ bilərsiniz, amma ailəsiz...
Dünya 26 Noyabr 19:05Yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
Sosial 26 Noyabr 18:53“Krımda panika başlayıb...”
Dünya 26 Noyabr 18:49Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
Dünya 26 Noyabr 18:31“Ay etibarsız”..?
Dünya 26 Noyabr 18:26İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
Dünya 26 Noyabr 18:18“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 26 Noyabr 18:04ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Dünya 26 Noyabr 17:55AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 26 Noyabr 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 26 Noyabr 17:36"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 17:20Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - EKSPERT AÇIQLADI
Sosial 26 Noyabr 17:02Mədəniyyət nazirinin Masallıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mədəniyyət 26 Noyabr 16:52Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı - TƏHLİL
Siyasət 26 Noyabr 16:49Azərbaycan ilə Slovakiyanın prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
Siyasət 26 Noyabr 16:41FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 26 Noyabr 16:38"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 16:36Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 26 Noyabr 16:35Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY
Sosial 26 Noyabr 16:18El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 26 Noyabr 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 26 Noyabr 15:25Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Misirə başsağlığı verib
Siyasət 26 Noyabr 15:23"Sabah"ın oyunu ilə əlaqədar "Koroğlu" stansiyasından 71 minə yaxın sərnişin istifadə edib
İqtisadiyyat 26 Noyabr 15:21Gəncə komandasının prezidenti hakimi təhqir etdiyi üçün 8 oyunluq cəza alıb
İdman 26 Noyabr 15:15Slovakiyanın Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb
Siyasət 26 Noyabr 15:14Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
Sosial 26 Noyabr 15:08"Bakı şəhərində hər bir həyət yaşıllıq mənbəyinə çevrilməlidir" - EKOLOQ DANIŞDI
Sosial 26 Noyabr 15:05Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Siyasət 26 Noyabr 15:01İnsan əməyinin gələcəyi süni intellektin əlindədir? - SORĞU
Sosial 26 Noyabr 14:59Haşimoto və hamiləlik: bu xəstəlik ana olmağa mane olurmu? - ARAŞDIRMA
Səhiyyə 26 Noyabr 14:53Hərbçilərə hücumda iştirak edənlər Basayev yaraqlısı imiş?
Dünya 26 Noyabr 14:48Ermənistan Aİ-yə daxil olmaq istiqamətində kursunu davam etdirəcək
Dünya 26 Noyabr 14:41Ramin Məmmədov İlahiyyat İnstitutunun tələbəsinin ailəsini ziyarət edib
Sosial 26 Noyabr 14:23Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib
İqtisadiyyat 26 Noyabr 14:20"Bu cəhdlər ABŞ-nın Azərbaycana münasibətində dəyişiklik yaratmayacaq" - ŞƏRH
Siyasət 26 Noyabr 14:20"Demokratların hakimiyyəti dövründə Azərbaycana münasibət heç də həmişə müsbət olmayıb" - ŞƏRH
Siyasət 26 Noyabr 14:0626 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 26 Noyabr 13:54Qaraciyər xəstələri qışda necə qidalanmalıdır? - HƏKİM DANIŞDI
Səhiyyə 26 Noyabr 13:39Sosial şəbəkələr canlı ünsiyyəti azaldaraq cəmiyyətdə tənhalığı artırırmı? - RƏY
Sosial 26 Noyabr 13:35“NATO Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropanın suverenliyinə təhdid sayır“ -ŞƏRH
Siyasət 26 Noyabr 13:22"Kart məlumatlarının təhlükəsizliyi üçün sıfır etibar prinsipi vacibdir" - İKT ÜZRƏ MÜTƏXƏSSİS
Texnologiya 26 Noyabr 13:15“Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli qarşılıqlı güzəştlərdən asılıdır” - ŞƏRH
Siyasət 26 Noyabr 13:13Evdə pişik saxlayanlar nələrə diqqət etməlidirlər? - ARAŞDIRMA
Sosial 26 Noyabr 13:03“İran rejiminin ən zəif nöqtəsi hərbi gücü deyil, ideoloji dayaqlarıdır” - ŞƏRH
Siyasət 26 Noyabr 12:58"Pulsuz xidmət əvəzinə sizin məlumatlardan istifadə oluna bilər" - RƏQƏMSAL MÜTƏXƏSSİS
Texnologiya 26 Noyabr 12:27Mərkəzi Gömrük Hospitalı Gəncə Uşaq Evində tibbi-sosial aksiya keçirib
Səhiyyə 26 Noyabr 12:23Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
+0,11%
-
GBP
2,2298
+0,12%
-
RUB
2,0757
+0,94%



