Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib - NAZİR

Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, xarici dil müəllimlərinin 48 faizi 30-50 bal arasında, 31 faizi isə 51 baldan yüksək nəticə göstərib. Emin Əmrullayev prosesdə iştirak edən 13 min 957 xarici dil müəllimindən 11 min 84-nün uğur qazandığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə